"Səhiyyə TV" televiziya kanalının adı "SAF TV" olaraq dəyişdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, Audiovizual Şurasının bu gün keçirilən iclasında iki məsələyə müzakirə edilib.
"Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.
İclasda həmçinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.