08 may 2025 09:46
113

Türkiyədə qayıqlar yanıb

Bu gün səhər saatlarında Tuzla (Türkiyə) sahillərində qayıqda yanğın baş verib.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, yanğın qonşuluqdakı daha üç qayığa keçib. Ekipajlar geniş səylərdən sonra yanğını nəzarət altına alıblar.

Bildirilib ki, hadisə saat 04:30 radələrində Cami rayonunda yerləşən marinada baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”