08 may 2025 15:40
102

Putin Kadırova nə deyib?

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib ki, dövlət başçısı respublika rəhbərinin guya istefaya getməsi ilə bağlı xəbərlərə diqqət yetirib və məsələ ilə bağlı Mark Tvenin sözlərindən sitat gətirib.

“İki sahil” xəbər verir ki,  bu barədə RT məlumat yayıb.

"İnternetdəki son müzakirələri şərh edən Vladimir Vladimiroviç yenə də Mark Tvenin məşhur sözlərindən sitat gətirdi: "Mənim ölümümlə bağlı xəbərlər çox şişirdilmişdir." O əlavə edib ki, "hələ çox işimiz var”, – deyə, Kadırov Telegram-da yazıb.

O əlavə edib ki, Ali Baş Komandanın əmrinə əməl edir.