07 may 2025 13:20
153

Moskvanın bu hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırıldı

Moskva vilayətinin Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb. 

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti xəbər yayıb.

"Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib", - Rosaviasiyanın mətbuat katibi Artem Korenyako Telegram kanalında yazıb.

Mayın 7-də səhər saatlarında Şeremetyevo və Vnukovo hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.