08 may 2025 10:11
99

Xaməneinin müşaviri: ABŞ İranın nüvə silahı olmadığını etiraf edib

ABŞ İranın nüvə silahı olmadığını etiraf edib.

“İki sahil” “Fararu.com”a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani "X" səhifəsində yazıb.

“Nəhayət, Vaşinqton Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və kəşfiyyat xidmətinin dəyərləndirmələrini qəbul etməklə İranın nüvə silahı olmadığını etiraf edib”, müşavir vurğulayıb.

Onun sözlərinə görə, hər iki tərəfin iradəsi danışıqları düzgün yolla davam etdirməkdir:

“Sanksiyaların tam ləğvi və İranın uranı sənaye sahəsində istifadə üçün zənginləşdirmə hüququna dair razılaşmanı daha əlverişli edə bilər".

ABŞ Prezidenti Donald Tramp isə İslam Respublikasına uranın zənginləşdirilməsinə icazə verilməsi ilə bağlı Vaşinqtonun mövqeyi haqqında suala cavab verərək bildirib:

"Biz gələcəkdə bu məsələ ilə bağlı qərar qəbul edəcəyik, lakin hazırda qərar hələ qəbul edilməyib".