07 may 2025 08:13
140

UEFA Çempionlar Liqası: Bu gün son finalçı müəyyənləşəcək

UEFA Çempionlar Liqasında bu gün son finalçı müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, PSJ ilk oyunda 1:0 hesabı ilə üstələdiyi "Arsenal"ı qəbul edəcək.

Görüş saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00. PSJ (Fransa) - “Arsenal” (İngiltərə)

İlk oyun - 1:0.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.