07 may 2025 02:28
225

Yuxusuzluğa qarşı corablar?

Yuxusuzluqdan əziyyət çəkirsiniz? Sadə bir həll – corab geyinin. Seul Universitetinin alimləri müəyyən ediblər ki, isti ayaqlar daha tez yuxuya getməyə və gecələr daha az oyanmağa kömək edir.

Məlum olub ki, isti ayaqlar nəinki daha tez yuxuya getməyə kömək edir, həm də gecə oyanma ehtimalını azaldır. Söhbət təkmilləşdirilmiş termorequlyasiyadan gedir – orqanizm əlavə enerji sərf etməli olmur və o, sakitcə “sönə” bilər.

Həkimlər izah edirlər: ayaqlarda üşümə hissi qadınlarda ümumi soyuqlama, sıx ayaqqabı və ya hormonal dalğalanmaların nəticəsi ola bilər. Ancaq bunun arxasında tez-tez dəmir çatışmazlığı anemiyası da dayanır - hemoqlobinin azalması toxumaların oksigenlə təchizatını pisləşdirir. Daha da qorxulu ateroskleroz mümkündür: damarların daraldığı və ya laxtalarla tıxandığı bir damar patologiyası. Bir sıra hallarda bu, amputasiyaya qədər ağırlaşmalarla nəticələnə bilər. "Ayaqlarınız mütəmadi olaraq soyuqdursa, ayaq altının damarlarının ultrasəs müayinəsindən keçmək lazımdır", - deyə həkimlər məsləhət görürlər. Bu, ciddi pozğunluqları istisna etməyə və ya vaxtında müalicəyə başlamağa kömək edəcəkdir. Beləliklə, bəlkə də sağlam bir yuxu üçün yalnız yumşaq, rahat corab lazımdır. Ancaq üşütmə geçmirsə, bədəninizin səsinə qulaq asmalısınız.

Nubar Süleymanova, “İki sahil”