06 may 2025 15:54
106

Ağdamda aqrar şəhərciyin yaradılmasında belaruslu mütəxəssislər iştirak edəcək

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçini Ağdamın Qızıl Kəngərli kəndində olublar.

“İki sahil” xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

Qeyd edək ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq.