05 may 2025 16:25
100

”Təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib - FOTO

 5 may 2025 -ci il tarixində Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş  ”Təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki,  aksiya Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Şüvəlan  qəsəbəsinin dəniz sahilində keçirilən iməcilikdə Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının könüllüləri iştirak edib. 

Aksiya zamanı geniş bir ərazi plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

 Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.