YAP Laçın rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müsabiqə qaliblərini mükafatlandırıb
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olmaqla, bu gün də öz aktuallığını qoruyub saxlayır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir, müstəqil Azərbaycanın möhkəmlənməsində və tərəqqisində mühüm rol oynayıb. Bu siyasi irsin gənc nəsil tərəfindən dərindən öyrənilməsi, mənimsənilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.
İlqar İlyasov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu strateji xətti böyük uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız daxili siyasi sabitliyi təmin etməklə kifayətlənməyib, eyni zamanda regionda söz sahibinə çevrilib və 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə ərazi bütövlüyünü bərpa edib. Bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün real nəticələrə çevrilərək ölkəmizin gələcəyini müəyyənləşdirir.
Tədbirdə çıxış edən digər natiqlər də bu cür tədbirlərin keçirilməsinin, Azərbaycanın ictimai-siyasi həyatında dərin iz qoymuş Heydər Əliyevin əziz xatirəsinin anılması və onun zəngin siyasi irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Eyni zamanda, bu cür layihələr şagirdlərin və gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Sonda qaliblərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.