04 may 2025 16:38
91

Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni məğlub edib

Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında "Sabah" “Neftçi”ni məğlub edib.

“İki sahil” xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Rimas Kurtinaytisin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasının İlk matçında da "Sabah" "Neftçi"ni üstələmişdi 94:89.

Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.