04 may 2025 14:22
118

"Real" Ançelotti ilə bağlı qərarı bu tarixdə açıqlayacaq

Artıq bir müddətdir ki, "Real"ın mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayıracağı ilə bağlı məlumatlar yayılıb.

“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu qərarını mayın 25-də rəsmi olaraq açıqlayacaq.

Bundan sonra isə "Bayer"dən ayrılacağı gözlənilən Xabi Alonso ilə anlaşmanın elan ediləcəyi bildirilib.

Xatırladaq ki, 2021-ci ildən "Real"ı çalışdıran Akrlo Ançelotti bu mövsüm uğursuzluqlarla yadda qalıb. "Kral Kubok"unun finallnda "Barselona"ya uduzan paytaxt təmsilçisi Çempionlar Liqası ilə də vidalaşıb.