Bu gün Asiya Çempionlar Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, finalda Səudiyyə Ərəbistanı "Əl-Əhli"si ilə Yaponiya "Kavasaki Frontale"si qarşılaşıb. Matç Qətərin Ciddə şəhərindəki "King Abdullah Sports Siti" stadionunda keçirilib. Həlledici görüşdə “Əl-Əhli” 2:0 hesablı qələbə qazanıb. Beləliklə, Səudiyyə Ərəbistanı təmsilçisi turnirin qalibi olub.
35-ci dəqiqədə Venderson Qaleno fərqlənib. 42-ci dəqiqədə isə Frank Kessi qapını dəqiq nişan alıb. Hər iki qolun ötürməsini “Liverpul”un keçmiş futbolçusu Roberto Firmino verib.