03 may 2025 19:19
155

Ançelotti Arda Gülerden danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Gülerden danışıb. 

“İki sahil” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Arda Güler keyfiyyət göstərir. Düşünürəm, o, möhtəşəm yarımmüdafiəçi olacaq. Bu cür keyfiyyət çox futbolçuda olmur. "Real"ın gələcəyində o, çox vacib oyunçu olacaq". 

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində 37 oyuna çıxaraq 4 qol vurub və 8 qolun ötürməsini edib. Onun klub ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.