03 may 2025 16:42
150

Bundesliqa matçında zədələnən qapıçının beyni silkələnib

Ötən gün Almaniya Bundesliqasının XXXII turunda "Bohum"a qarşı matçda (0:0) ciddi zədə alan "Haydenhaym"ın qapıçısı Kevin Müllerin beyni silkələnib.

“İki sahil” xəbər verir ki, oyunun 49-cu dəqiqəsində rəqib futbolçu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper xəstəxanaya çatdırılıb.

Müayindən sonra onun beyninin silkələndiyi aşkar edilib. 34 yaşlı "əlcək sahibi"nin nə qədər sıradan çıxdığı bəlli deyil.

Qeyd edək ki, Kevin Müller 2015-ci ildən "Haydenhaym"da çıxış edir.