03 may 2025 01:59
229

Ərəb səhrası bir zamanlar çay və göllərlə dolu olub

Dünyanın ən böyük səhralarından biri vaxtilə geniş göl və çay sisteminə malik olub. Məlumatı beynəlxalq komanda son araşdırmalarına əsasən açıqlayıb. Onlar Ərəbistan yarımadasının ən böyük səhrası olan, xalq arasında “Boş Məhəllə” adlanan ərazinin ən azı 11 milyon ildir mövcud olduğunu və onu Yerdəki ən böyük biocoğrafi maneələrdən birinə çevirdiyi fikrini irəli sürüblər. Onun mövcudluğu ibtidai insanların və heyvanların Afrika və Avrasiya arasında yayılmasını məhdudlaşdırıb.

Lakin “Nature” jurnalında dərc edilən yeni araşdırmada deyilir ki, “Boş məhəllə”, ərəbcə Rub əl-Xali səhrası 8 milyon il ərzində müntəzəm olaraq sulu və yaşıl olub. Orada, təxminən 9000 il əvvəl 42 metr dərinliyə və 1100 kvadratkilometr əraziyə malik bir göl də olub.

Beynəlxalq komandanın fikrincə, ərazidəki əlverişli şərait çəmənlikləri və savannaları inkişaf etdirib və quraqlıq təkrarlanana qədər insan və heyvanların miqrasiyasına şərait yaradıb.

"Bizim işimiz təxminən 8000 il əvvəl qədim böyük bir gölün, həmçinin çayların və su ilə formalaşmış böyük bir vadinin varlığını vurğulayır", -deyə Texas Universitetinin Cekson Yer Elmləri Məktəbinin Abdallah Zəki bildirib.

Avstraliyanın Qriffit Universitetinin professoru Maykl Petraqlia isə qeyd edib ki, göl və çay landşaftlarının formalaşması, çəmənliklər və savanna şəraiti ilə birlikdə indi quru və qısır səhra olan ərazilərdə ovçuluq və yığıcı qrupların və pastoral əhalinin genişlənməsinə səbəb ola bilərdi.

"Bu, ərazidə qədim göl və çay şəbəkələri boyunca çoxlu arxeoloji sübutların olması ilə təsdiqlənir."

"6000 il əvvəl Boş Məhəllədə yağışların güclü azalması yaşandı ki, bu da quraq şəraitə səbəb olaraq, əhalini daha əlverişli yerlərə köçməyə məcbur etdi və köçəri əhalinin həyat tərzini dəyişdirdi”, -deyə Petraqlia bildirib.

Müəlliflər deyirlər ki, qədim Miosen dövrünə aid fosil dəlilləri bugünkü quraq landşaftda çox olmayan, çaylar və göllər tərəfindən dəstəklənən sudan asılı faunanın (məsələn, timsahlar, hippopotamidalar və probosidianlar) mövcudluğunu göstərir.

Nubar Süleymanova, “İki sahil”