22 avqust 2025 03:01
87

Şanxayda həkimlər demək olar başı bədənindən ayrılmış insanı xilas ediblər

Şanxayda həkimlər unikal əməliyyat keçirərək başı bədənindən demək olar ki, ayrılmış xəstənin həyatını xilas ediblər. Bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.

Kişinin iş yerində qolundan boyun nahiyəsindən güclü zərbə aldığı qeyd edilir. Hadisə nəticəsində onun boyun fəqərələri ciddi zədələnib. Kişi həmçinin iflic olub və ürəyi dayanıb.

Qəzet xəstəxananın boyun onurğası cərrahiyyəsi şöbəsinin müdiri Çen Huajianqdan sitat gətirərək açıqlayıb: "Biz ölkə və xarici ədəbiyyatları öyrənmişik, lakin heç vaxt boyun fəqərələrinin bu qədər ciddi şəkildə kəsilməsi halına rast gəlməmişik, nəinki sağ qalan kiməsə".

SCMP-nin bildirdiyinə görə, üç saat davam edən əməliyyat zamanı mütəxəssislər kişidən iri hematoma çıxarıb, həmçinin boyun fəqərələrini bərpa ediblər. Əməliyyatdan sonra xəstə özünə gəlib.

Nubar Süleymanova, “İki sahil”