Almaniyanın "Bayer" klubu heyətinə yeni oyunçu cəlb edib.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi "Herta"dan İbrahim Mazanı transfer edib. 19 yaşlı hücumçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Almaniya mətbuatı bu transfer üçün "Bayer"in 12 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, "Herta"nın yetirməsi olan Maza bu mövsüm 2-ci Bundesliqada 30 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.