Vanın (Türkiyə) Gevaş rayonunda sərnişin avtobusu aşıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində, ilkin məlumata görə, 28 nəfər xəsarət alıb.
Əldə edilən məlumata görə, qəza Van-Bitlis avtomobil yolunun Akdamar adası yaxınlığında baş verib.
Yaralılar avtobusun arxa şüşəsindən və havalandırmadan çıxarılaraq sağlamlıq qruplarına təhvil verilib.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Tramp İsveçrədə ABŞ və İran arasında sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər
Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib