01 may 2025 01:27
109

Mask robot cərrahların beş ildən sonra həkimləri əvəzləyəcəyini proqnozlaşdırır

Növbəti beş il ərzində cərrahi robotlar tibb işçilərini əvəz edə bilər. Bu proqnozu amerikalı iş adamı və ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask verib.

O, müvafiq yazını “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

Mask yazıb: “Robotlar bir neçə il ərzində insan cərrahlarını üstələyəcək”.

Sahibkar vurğulayıb ki, təxminən beş ildən sonra, hətta ən yaxşı cərrahlar da avtomatlaşdırılmış mexanizmlərlə əvəz olunacaq.

Nəşr qeyd edir ki, Maskın özünün neyrotexnologiya şirkəti insan beyninə elektrodların daxil edilməsi üçün cərrahi robotdan istifadə edərək təcrübə aparıb. Mask hesab edir ki, heç bir insan heç vaxt oxşar işi yerinə yetirmək üçün bu qədər sürət və dəqiqliyə malik olmayacaq.

 Xatırladaq ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, Rusiya paytaxtında robot cərrahiyyə fəal şəkildə inkişaf edir. Onun sözlərinə görə, 2024-cü ildə robotların köməyi ilə 2200-ə yaxın əməliyyat aparılıb. Bu, 2023-cü illə müqayisədə təxminən iki dəfə çoxdur.

Nubar Süleymanova, “İki sahil”