Azərbaycan cari kənd təsərrüfatı ilində Qazaxıstandan taxıl idxalında misli görünməmiş artım nümayiş etdirib.
“İki sahil” Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, 2024-cü ilin sentyabrından 2025-ci il aprelin 27-dək Qazaxıstandan Azərbaycana taxıl tədarükünün həcmi 2023/2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 111 dəfə artaraq 5 min tondan 557 min tona çatıb.
Azərbaycanla yanaşı regionun digər ölkələrində də Qazaxıstan taxılının idxalında əhəmiyyətli artım müşahidə olunur. İrana ixrac 16 dəfə, Qırğızıstana 2 dəfə, Tacikistana 50 faiz, Özbəkistana 29,7 faiz, Əfqanıstana isə 33,8 faiz artıb.