Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Yaz Toplantıları çərçivəsində Fondun icraçı direktorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirak edib.
"İki sahil" AMB-yə istinadən xəbər verir ki, görüşdə Mərkəzi Asiya və Qafqaz regionu ölkələrinin üzləşdiyi iqtisadi risklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün zəruri siyasət və islahatlara dair məsələlər müzakirə olunub.
Ə.Məmmədyarov tədbirdə çıxışı zamanı ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadi artımın davamlılığının təmin olunması istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb, IMF-in texniki yardım layihələri vasitəsilə regionda həyata keçirilən islahatlara potensial dəstək imkanlarına dair fikirlərini bölüşüb.
Azərbaycanla ABŞ-nin strateji tərəfdaşlığı hər iki ölkənin prezidentlərinin siyasi iradəsi əsasında uğurla inkişaf edir
Azərbaycan ABŞ ilə Orta Dəhliz və süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
İİTKM-in “Türk iqtisadi icmalı”nın 2026-cı ilin ilk rübü üzrə buraxılışı dərc olunub