29 aprel 2025 10:31
110

Artilleriya bölmələri ilə döyüş atışları keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.