08 sentyabr 2017 14:28
462

“Yuğ” Teatrı yeni mövsümün açılışına hazırlaşır

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi 29-cu mövsümün açılışına hazırlaşır. Belə ki, kollektiv sentyabrın 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə seyrçilərini salamlayacaq.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Könül Cəfərova məlumat verib. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, Əməkdar Rəssam Rəşid Şərif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edirlər. Bundan əlavə, sənət ocağında sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza” və “Sonuncu” tamaşaları da təqdim ediləcək.