Səfər zamanı iki ölkənin dövlət başçıları ədliyyə, iqtisadiyyat və ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli idarəetmə sahələrində 20 “qızıl tərkibli” yekun sənədin imzalanmasının şahidi olublar.
“İki sahil” xəbər verir ki, bunu aprelin 28-də Bakıda keçirilən brifinqdə Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey deyib.
“Digər məsələlərlə yanaşı, tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, azad ticarət sazişi üzrə danışıqlara başlanılması, beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və s. kimi sahələrdə bir sıra konkret razılıqlar əldə ediblər ki, bu da əməkdaşlığın dərinləşdirilməsinə daha geniş imkanlar açır”.
O qeyd edib: ““Digər məsələlərlə yanaşı, tərəflər investisiya əməkdaşlığa dair işçi qrupunun yaradılması, azad ticarət sazişi üzrə danışıqlara başlanması, beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günləri və turizmin təşviqi tədbirlərinin birgə təşkili və sairə kimi sahələrdə bir sıra konkret razılaşmalar əldə ediblər ki, bu da hərtərəfli əməkdaşlığın dərinləşməsinə daha geniş imkanlar yaradır”. Lu Mey, həmçinin bildirib ki, tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalayıblar. Bu sənəd adi pasportlara malik vətəndaşların digər ölkəyə bir dəfəyə 30 gündən çox olmayan və 180 gün ərzində 90 gündən artıq olmayan vizasız daxil ola bilməsini nəzərdə tutur. Saziş iki ölkənin hökumətləri lazımi prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək və səfirliyimiz müvafiq məlumatları vaxtında dərc edəcək”.
Azərbaycan Prezidentinin Çinə səfərinin əsas məqamlarını 5 açar sözlə - yüksəliş, dəstək, əməkdaşlıq, dostluq və gələcək kəlmələri ilə səciyyələndirən səfir əlavə edib: “Çinin Sədri Si Cinpin Prezident İlham Əliyevi “Çin xalqının köhnə dostu” adlandırdı ki, bu da Çin xalqının xarici ölkələrdən gələn dost xalqa verdiyi ən yüksək qiymətdir. Səfər zamanı Çinin lideri İlham Əliyevə və xanımına ən yüksək nəzakət göstərərək böyük ölkənin özünəməxsus protokol üslubunu nümayiş etdirdi. Azərbaycanda bir çox insan dövlət başçısına böyük dövlətdə hörmətlə yanaşılmasını şərəf hesab edir. Hər kəsin televiziyada izlədiyi səfərin bir neçə məqamı var; qarşılanma mərasimində Çin hərbi orkestri Azərbaycanda tez-tez ifa edilən “Ey Vətən” mahnısının melodiyasını xüsusi ifa edib. Bu mahnı həm də Prezident İlham Əliyevin sevimli mahnılarından biridir. Çin səfər zamanı Prezident İlham Əliyevə böyük əhəmiyyət kəsb edən xüsusi hədiyyə - Yunyan əyaləti Malipo rayonunun İkinci ibtidai məktəbinin müəllim və şagirdləri tərəfindən diqqətlə hazırlanmış qısa videoçarx təqdim edib. Orada uşaqlar məktəbdə təlim şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfəyə görə sadə və səmimi dillə dövlət başçısına minnətdarlıq ifadə ediblər.
Prezident İlham Əliyev aprelin 23-də günortadan sonra Tiananmen meydanına gələrək xalq qəhrəmanlarının abidəsi önünə əklil qoyub, həyatını Çin xalqının müstəqilliyi və azadlığı uğrunda fəda etmiş insanların xatirəsini dərin ehtiramla yad edib”.
Səfir vurğulayıb: “Bir sıra xüsusi, ürəkaçan tədbirlər ürəklərdə kəsişən, bir-birinə səmimiyyətlə yanaşan və bir-birinə məhəbbət bəsləyən iki ölkə arasında dərin dostluğu tam nümayiş etdirir”.