Çempionlar Liqasının yarımfinalının ilk oyunlarının hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, "Arsenal"(İngiltərə) - PSJ (Fransa) matçını sloveniyalı Slavko Vinçiç idarə edəcək. Ona Tomas Klançnik, Andraz Kovaçiç, Matey Yuq köməklik edəcək.
Alen Boroşak (Sloveniya) VAR, Dennis Hiqler (Niderland) isə AVAR hakimi olacaq.
“Barselona” (İspaniya) – “İnter” (İtaliya) görüşünü isə Fransa Futbol Federasiyasının hakimi Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. Villi Delajod və Françis Letexyer oyunda VAR-a cavabdeh olacaqlar.
Qeyd edək ki, "Arsenal" - PSJ matçı aprelin 29-da, "Barselona" - İnter" oyunu isə aprelin 30-da keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.