Metaya məxsus sosial şəbəkələrdə məzmun moderasiyası işi ağır psixoloji stress, depressiya, narahatlıq, yuxusuzluq, həmçinin intihara təhrik yaradır.
“İki sahil” xəbər verir ki, bua barədə "The Guardian" məlumat yayıb.
Qeyd edilir ki, Qanada işləyən Facebook və Instagram sosial şəbəkələrinin moderatorları iki kollektiv məhkəmə iddiası qaldırıblar.
Şikayətlər Akkrada podratçı Majorel üçün işləyən moderatorlardan gəlib. Təxminən 150 əməkdaşın işinə məzmunun nəzərdən keçirilməsi və sosial şəbəkənin standartlarını pozan həmin yazıların silinməsi, eləcə də süni intellekt tətbiqetmələrinin bunun üçün öyrədilməsi daxildir. Qanalı moderatorlar hesab edir ki, gördükləri məzmunlar dərin travma yaradır.
Bəzi iddiaçılar stress səbəbindən intihara hazır olduqlarını iddia edir, iddiaçılardan biri hətta intihara cəhd edib. İddiaçılar həmçinin məcburi iş vaxtından və əmək haqqının azlığından (ayda təxminən 85 dollar) şikayət edirlər.