28 aprel 2025 12:34
67

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.