Ukrayna Rusiya ilə birbaşa danışıqları bərpa etməyə hazır olduğunu göstərməlidir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Moskvanın "Bu məsələ ilə bağlı kimdən – Vaşinqtondan, yoxsa birbaşa Kiyevdən siqnal gözləyir” sualına belə cavab verib.
"Kiyevdən. Ən azı, Kiyev bununla bağlı müəyyən addımlar atmalıdır. Onların bununla bağlı qanuni qadağası var. Amma indiyədək heç bir tədbir görməmişik", - deyə, Kreml nümayəndəsi bildirib.