28 aprel 2025 09:09
113

İdarəetmədən çıxan avtomobil idman zalına girib

Bakıda avtomobil idarəetmədən çıxaraq idman zalına girib.

“İki sahil” xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.