27 aprel 2025 22:52
134

"Neftçi" "Sumqayıt"la matça 5 itki ilə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının 32-cu turunda “Sumqayıt”la matçın hazırlığını başa çatdırıb. 

“İki sahil” xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.