Misli Premyer Liqasının 32-ci turunda Azərbaycan Kubokunun finalçıları - “Sabah” ilə “Qarabağ” qarşılaşıb.
“İki sahil”in məlumatına görə, hesabı “Qarabağ” açıb. 42-ci dəqiqədə Redon Cica penaltini dəqiq yerinə yetirib.
73-cü dəqiqədə Boyan Letiç “Sabah”ın bərabərlik qolunu vurub.
Qarşılaşma bu hesabla da başa çatıb.
Qeyd edək ki, Ağdam təmsilçiləri bərabərlik nəticəsində sona 4 tur qalmış çempionluğu təmin edib.
Misli Premyer Liqası,
32-cu tur
27 aprel
20:00. “Sabah” 1–1 “Qarabağ”
Qollar: Redon Cica, 42 - pen. (0-1), Boyan Letiç, 73 (1-1)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Bank Respublika Arena.
Məhərrəm Ağalaroğlu, “İki sahil”