Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Bakı İdman Sarayında “Sabah” klubu “Şəki” ilə üz-üzə gəlib. Matç Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 86:73.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.