26 aprel 2025 10:33
107

Bu gün “El-Klasiko” var

Bu gecə İspaniya kuboku uğrunda final oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, həlledici qarşılaşmada əzəli rəqiblər “Barselona” ilə “Real” üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. “Kral kuboku” uğrunda qarşılaşma Sevilyadakı Olimpiya stadionunda təşkil olunacaq.

Qeyd edək ki, oyundan əvvəl “Real”ın son vaxtlar davamlı hakim qərarlarından narazı qalması səbəbindən bu görüşə çıxmayacağı barədə məlumatlar yayılıb. Lakin Madrid təmsilçisi ötən gecə bəyanat yayaraq həmin xəbərləri təkzib edib.

“Real Madrid” bəyan edir ki, komandamız sabahkı finalda iştirakdan imtina ehtimalını heç vaxt nəzərdən keçirməyib.

Klubumuz anlayır ki, bədbin və yersiz açıqlamalar dünya əhəmiyyətli idman hadisəsinin ab-havasını poza bilməz. Bu oyunu yüz milyonlarla insan izləyəcək.

“Real Madrid” hesab edir ki, futbola xas olan dəyərlər, bu gün hakimlərin klubumuza qarşı göstərdiyi düşmənçilik və kinə baxmayaraq, qalib gəlməlidir” - deyə klubun yaydığı açıqlamada bildirilib.