Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Sabah” klubu “Şəki” ilə üz-üzə gələcək. Görüş Bakı İdman Sarayında, saat 14:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.