Misli Premyer Liqasında 32-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək.
“Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Gəncə klubu hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnir cədvəlində ikincidir.
Bugünkü matçda qələbə qazanacağı halda “Kəpəz” turnir cədvəlində bir pillə irəliləyəcək. “Zirə” isə səfərdə ən azı 1 xal qazansa, həm medalçılar sırasında olmağı, həm də avrokuboklara vəsiqəni təmin edəcək.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin aşkar üstünlüyü var. Rəşad Sadıqovun komandası rəqibini 4, 3 və 2 cavabsız qolla üstələyib.
Misli Premyer Liqası,
32-ci tur
26 aprel
19:00. “Kəpəz” - “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu