08 sentyabr 2017 16:09
612

“Yeralaş”ın yaradıcı qrupu Bakıya gələcək

Noyabrın 17-18-də Rusiyanın “Yeralaş” uşaq satirik kinojurnalının yaradıcı qrupu Bakıya gələcək.

AZƏRTAC xəbər verir ki, kinojurnalın bədii rəhbəri Boris Qraçevski Bakıda “Yeralaş”ın filialını açmağı planlaşdırır.

O deyib ki, müxtəlif ölkələrdə belə yaradıcı studiyalar təşkil edilib. Belə təcrübə var və artıq uşaqları çəkilişlərə necə hazırlamaqla bağlı müəyyən proqram da var.