25 aprel 2025 14:16
130

Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir - Şahin Bağırov

Gömrük sahəsində yaranan mübahisələrin məhkəmə orqanlarında müzakirəsi bizim üçün prioritetdir. Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir. Komitə sədri, həmçinin 2024-cü ildə sərhəd keçidində və gömrük prosedurlarında sadələşdirmə istiqamətində aparılan işlər və əldə olunan irəliləyişlərdən də danışıb.

“Sərhəddə qeydiyyat müddəti 62 faiz, sərhədkeçmə prosesi 29 faiz, rəsmiləşdirmə müddəti 17 faiz, fiziki yubanmalar isə 24 faiz azaldılıb. Gömrük rüsumları və vergilərdən daxilolmalar dövlət büdcəsinin mühüm hissəsini təşkil edir. Belə ki, 2024-cü ildə toplanan gömrük rüsumları və vergiləri dövlət büdcəsinin 17,9 faizini, ümumi daxili məhsulun isə 5,3 faizini təşkil edib. 2023-2024-cü illərlə müqayisədə bu göstərici 4,9 faiz artaraq 6 milyard 648 milyon manata çatıb”, - deyə komitə sədri əlavə edib.