2024-cü ildə Azərbaycanda qeyri-dövlət sektorunun əmək haqqı fondundakı payı 51 %-ə, əhalinin məşğulluğundakı payı isə 79,1 %-ə çatıb.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.
"Sektorun yeni yaradılan iş yerlərində payı isə 91,6 % olub. Bu da sahibkarların iqtisadi inkişafımıza töhfəsini göstərir. Milli iqtisadiyyatımızın inkişafında və dayanıqlı artımın təmin edilməsində, işğaldan azad edilmiş ərazilərin bərpasında, sosial problemlərin həllində dövlətin sahibkarlardan olduğu kimi, sahibkarların da dövlətdən və aidiyyəti qurumlardan gözləntiləri var", - deyə o qeyd edib.
Samir Rzayev: Belqrad istiqaməti sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir
“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır
“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb
Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır