Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir.
“İki sahil” xəbər verir ki, aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.
Bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək: Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri.
AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Samir Rzayev: Belqrad istiqaməti sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir
“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır
“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb
Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır