Nüvə silahı amili və hərbi eskalasiyanın universal mexanizmi avtomatik olaraq mümkün üçüncü dünya müharibəsi riski yaradır.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi Muzeyində keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Bizim müqəddəs borcumuz tarixi yaddaşımızın qorunması uğrunda mübarizə aparmaq, o illərdə baş vermiş hadisələri təhrif etmək, sovet xalqının böyük şücaətinin əhəmiyyətini azaltmaq cəhdlərinə qarşı çıxmaqdır”, - deyə KTMT-nin baş katibi bildirib.