24 aprel 2025 13:20
309

Heç kimin qazaxlara hansı dildə danışmağı məcbur edə blməz - Tokayev

Heç kimin Qazaxıstan vətəndaşlarına şəxsi ünsiyyətdə və ictimai çıxışlar zamanı hansı dildə danışmalı olduqlarını məcbur etmək hüququ yoxdur.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan lideri bunu Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında çıxışı zamanı deyib. O, dil mövzusunda bütün təxribat xarakterli hərəkətlərin qarşısı alınacaq və qanunla cəzalandırılacağı barədə xəbərdarlıq edib.

"Bu gün məzunların təxminən 80%-i Vahid Milli Testi dövlət dilində verir. Birinci sinif şagirdlərinin 70%-dən çoxu bu il təhsilə qazax dilində başlayacaq. Və sözsüz ki, Qazaxıstanda heç kimin insanlara şəxsi ünsiyyətdə və ictimai çıxışlar zamanı hansı dildə danışmağı məcbur etməyə ixtiyarı yoxdur", - deyə Tokayev qeyd edib.

Qazaxıstan lideri xəbərdarlıq edib ki, ölkə cəmiyyətində nifaq salmaq və ölkə daxilində sabitliyi pozmaq məqsədi ilə bu mövzuda bütün təxribat xarakterli hərəkətlər yatırılacaq və qanunla cəzalandırılacaq. Prezident onu da vurğulayıb ki, o, təkcə “yerli təxribatçıları” deyil, həm də “xarici təşkilatların sifarişi və pulu ilə xaricdən dağıdıcı fəaliyyətlə məşğul olanları” da nəzərdə tutur.