Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmaqda davam edir.
"İki sahil" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.
Ümumi istehsal həcminin artımında əsas pay heyvandarlıq sahəsinin payına düşür.
Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1,601 milyard manat təşkil edib ki, bunun da 94,3 faizi (1,51 milyard manat) heyvandarlıq sahəsinin, 5,7 faizi (91.5 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.f
Samir Rzayev: Belqrad istiqaməti sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir
“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır
“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb
Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır