Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çinin Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair, eləcə də rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumları imzalanıb.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin sədri Si Cinpinin iştirakı ilə baş tutub.
Sənədləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin kommersiya naziri Van Ventao imzalayıblar.
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 3-cü təcrübə mübadiləsi sessiyası keçirilib