Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
AMB-dən “İki sahil”ə bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 3-cü təcrübə mübadiləsi sessiyası keçirilib