Azərbaycan və Rusiya arasında daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə müzakirələr İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev və Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Bildirilib ki, görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq vurğulanıb, daşınmaz əmlakın qeydiyyatı, kadastrı, kütləvi qiymətləndirilməsi və məkan məlumatlarının idarəolunması sahələrində təcrübə mübadiləsi həyata keçirilib.
Tərəflər reyestr və kadastr məlumatlarından səmərəli istifadə, milli məkan infrastrukturunun qurulması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri