Bu ilin yanvar-mart aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 221 istehlakçı müraciətini təmin edib.
"İki sahil” agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.
“Təbii inhisar subyektləri ilə istehlakçıların qanuni maraqlarının uzlaşdırılmasının təmin olunması rəqabət siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsipin gözlənilməsi sayəsində istehlakçıların hüquqları qeyri-qanuni davranışlardan etibarlı şəkildə müdafiə olunur, - deyə məlumatda qeyd olunub.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri