Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"BMW", "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Nəticədə, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Təcili Tibbi Yardım briqadaları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov, Quba, "İki sahil" üçün.
Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?
Akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?- SƏDR AÇIQLADI