11 aprel 2025 11:11
397

Bu gün “Karvan” - “İmişli” oyunu var

Bu gün Azərbaycan 1-ci liqasında 21-ci tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, turun son oyun gününə 2 görüş nəzərdə tutulub.

2-ci yerdəki "Karvan" 3-cü pillədəki "İmişli"ni qəbul edəcək. "Karvan"ın 38, "İmişli"nin isə 37 xalı var. İkincilik uğrunda oynanılacaq matç saat 16:30-da başlayacaq.

Lider "Qəbələ" evdə "Difai" ilə qarşılaşacaq. Bu görüş isə saat 17:00-da start götürəcək.

1-ci liqa,

21-ci tur

11 aprel (cümə)

16:30. “Karvan” – “İmişli”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Rəhman Aslanov, Ruslan Quliyev

Yevlax şəhər stadionu

17:00. “Qəbələ” – “Difai”

Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov

Qəbələ şəhər stadionu

10 aprel (cümə axşamı)

MOİK 2–1 “Cəbrayıl”

“Zaqatala” 6–1 “Bakı Sportinq”

“Qaradağ Lökbatan” 0–0 “Mingəçevir”