11 aprel 2025 08:49
306

MPL-də 30-cu tur başlayır

Bu gün Misli Premyer Liqasında 30-cu tur start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk gündə 1 matç keçiriləcək. Son çempion və hazırkı lider "Qarabağ" autsayder "Səbail"in qonağı olacaq. Oyun saat 19:00-da başlayacaq.

Bu komandalar arasında ilk 3 dövrənin görüşlərində "Qarabağ" 2:1, 3:0 və 5:0 hesabı ilə qalib gəlib.

Misli Premyer Liqası,

30-cu tur

11 aprel

19:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Kamran Bayramov

“ASCO Arena”